Cənubi Amerika ölkəsi Boliviya Qəzzaya davam edən hücumlara görə “İsrail ilə diplomatik əlaqələri kəsdiyini” açıqlayıb. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. Prezidentin sözçüsü Maria Nela Prada və xarici işlər nazirinin müavini Freddi Mamani birgə mətbuat konfransında İsraillə diplomatik əlaqələri kəsmək qərarına gəldiklərini açıqlayıblar.
Mamani bu mətbuat konfransını Yaxın Şərqdəki təhlükəli hadisələrə görə keçirdiklərini ifadə edib: “Boliviya İsrail Dövləti ilə diplomatik əlaqələri kəsməyə qərar verdi. Ölkəmiz daha əvvəl Fələstin məsələsi ilə bağlı iki rəsmi açıqlama vermişdi”. Birləşmiş Millətlər Təşkilatının (BMT) insan haqları konvensiyasını xatırladan Mamani bildirib ki, Boliviya Ümumdünya İnsan Haqları Bəyannaməsində yer alan bütün qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftarları rədd edir.
Nazir müavini Mamani, atəşkəsin “dərhal” əldə edilməsi lazım olduğunu vurğulayıb.