Bolqar mediasında Xocalı soyqırımına ədalət tələb edildiyi nəzərə çatdırılıbbackend

Bolqar mediasında Xocalı soyqırımına ədalət tələb edildiyi nəzərə çatdırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bolqarıstan-Azərbaycan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyinin təşəbbüsü ilə Bolqarıstanın “fakti.bg”, “standartnews.com” və “eurocom.bg” xəbər saytlarında “Azərbaycan qisas deyil, Xocalı soyqırımına münasibətdə ədalət axtarır” sərlövhəli məqalə yayımlanıb.
Məqaləni qələmə alan Denis Cambazov 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı erməni silahlı birləşmələri tərəfindən törədilən misli görünməmiş soyqırımı barədə müfəssəl məlumat verib. Müəllif qeyd edib ki, həm 1992-ci il Xocalı soyqırımı, həm də 2020-ci ildə Azərbaycanın mülki əhalisinin bombardman edilməsi Ermənistan hakimiyyətinin Azərbaycanın mülki vətəndaşlarına qarşı sistematik zorakılığının, düşünülmüş siyasət və akt olmasının bariz nümunəsidir. Bu hadisələrin acısının illər sonra belə səngimədiyini vurğulayan müəllif qeyd edib ki, Azərbaycan yalnız Xocalıya ədalət tələb edir.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:
https://fakti.bg/world/556934-azerbaidjan-ne-tarsi-otmashtenie-a-iska-spravedlivost-za-genocida-v-hodjala
https://www.standartnews.com/balgariya-obshtestvo/baku-pochete-zhertvite-v-khodzhal-453516.html
https://eurocom.bg/new/29-godini-sled-tragichnite-deystviya-ima-li-spravedlivost-za-khodzhal

 

BÜNYAMİN ÇİNGİZOĞLU

İnterpress.az