Bolqarıstanın yəhudi icması Ermənistanın son təxribatı ilə bağlı bəyanat veribbackend

Bolqarıstanın yəhudi icması Ermənistanın son təxribatı ilə bağlı bəyanat verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bolqarıstan Sionist Federasiyası Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində hərbi təxribatı barədə bəyanat verib.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən verilən məlumata görə, bəyanatda deyilir ki, Bolqarıstan Sionist Federasiyası Bolqarıstanda yəhudilər və təcavüzkarlığa və zülmə qarşı olan, demokratiya, insan hüquqları, xalqların suverenliyi, hər yerdən olan insanların ləyaqətini dəstəkləyən və tarixin xəbərdar etdiyi səhvləri təkrarlamamaqla keçmişdən öyrənən qeyri-yəhudilərin mövqelərini əks etdirir.

“Ermənistanın 12 iyul 2020-ci il tarixində Azərbaycan mövqelərinin ələ keçirilməsi məqsədilə Tovuz rayonunda törədilən və Azərbaycanın 12 hərbi qulluqçusu və 1 yaşlı mülki şəxsin ölümü ilə nəticələnən Azərbaycanın suveren ərazilərinə son zorakılıq aktı bizi çox narahat edir.

 

İnterpress.az