Azərbaycanda boşanma ilə bağlı yaranmış problemlərin aradan qaldırılması üçün qanunvericilikdə yeni məsuliyyət növləri müəyyən edilməlidir.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov deyib.

Onun sözlərinə görə, internet resurslarının ailələrə, uşaqlara təsiri ilə bağlı qiymətləndirmə aparılmalı və bununla bağlı Cinayət Məcəlləsində məsuliyyət növü müəyyən edilməlidir:
“Cinayət Məcəlləsinin 154-cü maddəsinə şəxsin, xüsusilə yetkinlik yaşına çatmayanların bərabərlik hüququnun pozulması ilə bağlı ağırlaşdırıcı hallar əlavə edilməlidir”.
Boşanan ailələrə mütəmadi olaraq psixoloji dəstəyin göstərilməsini vacib sayan Elgün Səfərov bununla bağlı da qanunvericiliyə dəyişikliklərin edilməsini zəruri sayır.
İNTERPRESS.AZ