Böyük Britaniya Abramoviçi MƏHKƏMƏYƏ VERƏCƏK – 2,34 milyard funt sterlinqə görəbackend

Böyük Britaniya Abramoviçi MƏHKƏMƏYƏ VERƏCƏK – 2,34 milyard funt sterlinqə görə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya Abramoviçi məhkəməyə verib “Çelsi”nin satışından Ukraynaya 2,34 milyard funt sterlinq ödətdirəcək.

İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Böyük Britaniya Abramoviçi məhkəməyə verə bilər ki, “Çelsi”nin satışından Ukraynaya 2,34 milyard funt sterlinq ödəsin.

Klub 2022-ci ildə rusiyalı oliqarxa qarşı sanksiyalar tətbiq edildikdən sonra satılıb. Həmin vaxtdan pul İngiltərə hesabında dondurulub.

Agentliyin yazdığı kimi, London Ukraynaya humanitar yardıma görə vəsait göndərmək üçün Abramoviçlə razılığa gəlməyə çalışsa da, razılıq əldə olunmayıb.

“Qapılar danışıqlar üçün açıqdır, lakin lazım gələrsə, biz məhkəməyə müraciət edəcəyik”, – hökumətdən bildiriblər.

Xuraman Etibarlı

İnterpress.az