Braziliya millisi dünya çempionatlarında yeni rekorda imza atıbbackend

Braziliya millisi dünya çempionatlarında yeni rekorda imza atıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliya millisi dünya çempionatları tarixində yeni rekorda imza atıb.

Yığmanın baş məşqçisi Tite mundial üçün Qətərə gətirdiyi 26 futbolçunun hər birinə Cənubi Koreyaya qarşı keçirdikləri 1/8 final matçında şans verib.

Bununla da “sambaçılar”ın 26 üzvü DÇ-2022-də meydana çıxıb. Bu, hələlik mundiallar tarixində ilk belə hadisədir.

Qeyd edək ki, Cənubi Koreya yığmasına 4:1 hesabı ilə qalib gələn “pentakampeonlar” 1/4 finalda Xorvatiyaya rəqib olub.