Braziliyada iki mühərrikli təyyarənin havaya qalxarkən anqara çırpılması nəticəsində baş verən partlayışda iki nəfər həyatını itirib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Bu gün Braziliyanın Lukas-do-Rio Verde əyalətində iki mühərrikli Beechcraft C90GTi King Air təyyarəsi qəzaya uğrayıb.
Bom Futuro hava limanından havaya qalxdıqdan az sonra təyyarənin sol qanadı uçuş zolağına çırpılıb.
Təyyarə uçuş-enmə zolağında sürüklənərək anqara çırpılıb, daha sonra partlayıb və alovlanıb.
Qəzada təyyarənin pilotu və uçuş-enmə zolağının xidmətçisi həyatını itirib, yaralanan 2 sərnişin isə xəstəxanaya çatdırılıb.
Yanğından Mühafizə İdarəsindən verilən açıqlamada partlayışdan sonra başlayan yanğının nəzarətə alındığı və qəza ilə bağlı araşdırmalara başlanıldığı açıqlanıb.