Braziliyalı dünyanın bütün ölkələrini gəzərək “Ginnesin Rekordlar Kitabı”na DÜŞDÜbackend

Braziliyalı dünyanın bütün ölkələrini gəzərək “Ginnesin Rekordlar Kitabı”na DÜŞDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyalı səyyah 2 il 42 günə dünyanın bütün ölkələrini gəzərək yeni “Ginnes” rekordu müəyyənləşdirib.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Braziliyalı səyyah Robson Jezus BMT tərəfindən rəsmən tanınan bütün 193 dövləti cəmi 2 il 42 gün ərzində ziyarət edərək yeni “Ginnesin Rekordlar Kitabı”na düşüb.

O, planetin bütün rəsmi ölkələrini ən sürətli şəkildə gəzən insan kimi dünya tarixinə düşüb. Səyyah hər ölkədə orta hesabla təxminən üç gün vaxt keçirib.

Səyahəti dövründə o, Şimali və Cənubi Amerikanın 35, Avropanın 49, Afrikanın 54, Asiyanın 44 və Okeaniyanın 14 dövlətində olub.

Robson bu böyük dünya turuna öz şəxsi yığımlarından təxminən 19,5 min dollar (təxminən 33 150 manat) xərcləyib.

Səyahət və yaşayış xərclərinin qalan bütün hissəsini isə o, sosial şəbəkələr üçün hazırladığı rəqəmsal kontentlər, həmçinin müxtəlif qlobal şirkətlər üçün çəkdiyi maraqlı reklam foto və videoları hesabına uğurla maliyyələşdirib.

Xuraman Etibarlı

İnterpress.аz