“Brent” nefti sürətlə ucuzlaşırbackend

“Brent” nefti sürətlə ucuzlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti Londonun “ICE” birjasında martın 17-dən bəri ilk dəfə bir barel üçün 98 dollardan aşağı düşüb.

İnterpress.az-ın məlumatına görə, bu gün ərzində “Brent” neftinin qiyməti 97,73 dollaradək azalıb.

Hazırda “Brent” markalı neftin iyun fyuçersləri birjalarda 98,3 dollar ətrafında alınıb-satılır.

Ötən həftə ilə müqayisədə nefti qiyməti 4 faizdən çox azalıb.