Britaniya Moskva Birjasını tanımayacaqbackend

Britaniya Moskva Birjasını tanımayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya Moskva Birjasının ticarət meydançası statusunu ləğv etməyi planlaşdırır.

Bildirilir ki, belə bir addımın investorları bəzi vergi güzəştlərindən məhrum edəcək.

İnterpress.az xəbər verir ki, bununla yanaşı, müvafiq qərar qəbul edilərsə, Rusiyaya yeni sərmayələrdən söhbət gedə bilməz.

Rəsmi London izah edib ki, bu qərar Rusiya Bankının xarici investorlara tətbiq etdiyi məhdudiyyətlərə cavabdır. Hazırda Böyük Britaniyanın vergi orqanları maraqlı tərəflərin rəyini tələb edərək məsələ ilə bağlı məsləhətləşmələrə başlayıb.