Brüsseldə Gürcüstanın Aİ-yə üzvlük məsələsi müzakirə olunubbackend

Brüsseldə Gürcüstanın Aİ-yə üzvlük məsələsi müzakirə olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Brüsseldə işgüzar səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə görüşüb.

Görüşdə Gürcüstanın Aİ-yə üzvlük üçün namizəd statusunu almasının perspektivləri və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.

İ.Qaibaşvili səfər çərçivəsində sabah NATO-nun Baş katibi Yens Stoltenberqlə də görüş keçirəcək. Alyansın mətbuat xidmətindən görüşdən sonra birgə bəyanatın olmayacağı bildirilib.