Rusiya Azərbaycan rəhbərliyinin Ukrayna ilə bağlı mövqeyindən xəbərdardır.
İnterpress.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.
Kremlin sözçüsü bildirib ki, Rusiya Azərbaycan rəhbərliyinin Ukrayna ilə bağlı mövqeyindən xəbərdardır, burada fikirlər fərqlidir.
“Eyni zamanda, Kreml ümid edir ki, Ukrayna ilə bağlı fikir ayrılıqları Bakı ilə münasibətlərdə soyuyan dövrə son qoymağa mane olmayacaq”, – prezidentin mətbuat katibi vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az