Bu il Azərbaycan iqtisadiyyatına 2,9 mlrd. manata yaxın xarici investisiya yönəldilibbackend

Bu il Azərbaycan iqtisadiyyatına 2,9 mlrd. manata yaxın xarici investisiya yönəldilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-iyul ayları ərzində xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2895,8 mln. manat vəsait yönəldilib.

İnterpress.az bu barədə Dövlət Statistika komitəsinə istinadən xəbər verir.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2535,7 mln. manatı  və ya 87,6%-i Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Malayziya, Norveç, Rusiya və İran sərmayədarlarına məxsus olub. 

Qeyd edək ki, 2020-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7588,3 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6% çox vəsait yönəldilib.

 

İnterpress.az