Burak Yılmazın “Lill”ə keçidi rəsmiləşibbackend

Burak Yılmazın “Lill”ə keçidi rəsmiləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə millisinin futbolçusu Burak Yılmazın Fransanın “Lill” klubuna keçidi rəsmiləşib.

İnterpress.az-ın məlumatına görə, bunu Liqa1 təmsilçisi açıqlayıb.

Ötən mövsüm formasını geyindiyi “Beşiktaş”la qarşılıqlı razılıqla yollarını ayıran Yılmaz Fransa klubu ilə 2 illik müqavilə imzalayıb. 35 yaşlı forvard 2022-ci ilin yayına qədər Liqa1 təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, “Lill”də daha iki türk futbolçu Yusuf Yazıçı və Zəki Çelik də forma geyinir.

 

İnterpress.az