Buz üstündə “drift” dəhşətli faciə ilə BAŞA ÇATDI – VİDEObackend

Buz üstündə “drift” dəhşətli faciə ilə BAŞA ÇATDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Başqırdıstanda buz üstündə “drift” dəhşətli faciə ilə başa çatıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Başqırdıstanda iki kişi donmuş göldə maşın sürmək qərarına gəlib, lakin onların avtomobili bir neçə saniyə ərzində suda batıb.

Sürücü və sərnişin avtomobildə kilidlənib. Şahidlər baqajın şüşəsini sındıraraq onları xilas etməyə çalışsalar da, artıq gec olub. Onların hər ikisi boğulub.

Xuraman Etibarlı

İnterpress.az