Fon der Leyen peyvənd saxtakarlığına görə sanksiyalara layiqdir.
İnterpress.az xəbər verir ki, Almaniyanın “Berliner Zeitung” qəzetinin jurnalisti Franz Bieki Avropa İttifaqı ölkələrinin mətbuatla bağlı sabitliyi pozan fəaliyyətinə görə Avropa Komissiyasının sədri Ursula fon der Leyenə qarşı sanksiyalar tətbiq etməyi təklif edib.
“Əgər kimsə “sabitliyi pozan fəaliyyətə” görə cəzalandırılmalıdırsa, o, bloqer yox, Aİ institutlarını sarsıdan qadın olmalıdır”, – Bieki fikirlərini bölüşüb.
O, şəffaflığın olmamasına, fon der Leyenin başqalarının fikirləri ilə hesablaşmadan hərəkətlərinə, AK rəhbərinin siyasi fəallığının artmasına işarə edib.
“Bəlkə Ursula fon der Leyenə qarşı sanksiyalar tətbiq etməyin vaxtı çatıb? – jurnalist sual verib.
O, fon der Leyenin peyvənd məlumatlarına işıq salacaq sənədlərə ictimaiyyətin girişini əngəlləmək üçün səlahiyyətindən istifadə etdiyini deyib.
“O, girişi əngəlləyir… O, elə bir güc siyasəti yürüdür ki, bu siyasət demək olar ki, demokratiyaya uyğun gəlmir”, – media orqanı vurğulayır.
Fon der Leyenə qarşı istintaq iki il əvvəl başlayıb. O, Pfizer rəhbəri ilə şəxsi yazışmalarda Aİ üçün vaksinlərin alınmasını müzakirə etməkdə günahlandırılıb.
Jurnalistlər yazışmaların məzmununun açıqlanmasını tələb etsələr də, AK rəhbəri mesajların guya “səhvən” silindiyini əsas gətirərək bundan imtina edib.
Bir həftə əvvəl Avropa Məhkəməsi AK rəhbərini məlumatları gizlətməkdə təqsirli bilib.
“Politico” jurnalistləri hesab edirlər ki, məhkəmənin qərarı fon der Leyenin reputasiyasına “sarsıdıcı zərbə vura bilər”.
Xuraman Etibarlı
İnterpress.az