Çağırışçını güllələyərək öldürən hərbçi silahla QAÇDIbackend

Çağırışçını güllələyərək öldürən hərbçi silahla QAÇDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hərbçi çağırışçıya atəş açaraq öldürüb və silahla qaçıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Bildirilir ki, Kareliyadan olan 34 yaşlı Yanis Boyev Belqorod vilayətinin Dunayka kəndi yaxınlığındakı mövqedən qaçıb. Qaçarkən yanında olan çağırışçını öldürüb.

Ölən şəxsin adı açıqlanmır. Rusiya Müdafiə Nazirliyi hələlik insidentlə bağlı şərh verməyib.

Məlumata görə, Boyev xidmət etməzdən əvvəl oğurluq və nəqliyyatın qanunsuz ələ keçirilməsinə görə bir neçə dəfə məhkum olunub, habelə xuliqanlıq və həbsə müqavimətə görə inzibati cəzalar alıb.

Xuraman Etibarlı

İnterpress.az