Canlı yayımda intim aksessuar nümayiş etdirən aktrisa barəsində İSTİNTAQ BAŞLADILDI – VİDEObackend

Canlı yayımda intim aksessuar nümayiş etdirən aktrisa barəsində İSTİNTAQ BAŞLADILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə canlı yayımda qeyri-adi intim asılqan nümayiş etdirən məşhur aktrisa barəsində araşdırma başlanıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Türkiyədə iştirak etdiyi televiziya proqramında boynundakı “portativ vibrator” xüsusiyyətli kulonu nümayiş etdirən 53 yaşlı tanınmış aktrisa və fotoqraf Bennu Qerede barəsində rəsmi istintaq başladılıb.

Məlumata görə, veriliş zamanı qeyri-adi aksessuarını nümayiş etdirərək onun intim funksiyalarından danışan aktrisanın bu davranışı cəmiyyətdə böyük səs-küyə və kəskin narazılığa səbəb olub.

Hüquq-mühafizə orqanları onun bu hərəkətini qeyri-əxlaqi davranış (müstəhcenlik) kimi qiymətləndirərək araşdırmalara başlayıblar.

Hadisə ilə əlaqədar olaraq Bennu Qeredenin yaxın günlərdə ifadə vermək üçün prokurorluğa çağırılacağı gözlənilir.

Türkiyə qanunvericiliyinə əsasən, kütləvi informasiya vasitələrində və televiziyada qeyri-etik, “müstəhcen” məzmunların yayılması rəsmi hüquqi məsuliyyət yaradır.

Xuraman Etibarlı

İnterpress.аz