Filippin Cənubi Çin dənizinin mübahisəli sularında ticarət gəmisinin balıqçı gəmisinə çırpılması nəticəsində üç filippinli balıqçının həlak olduğunu bildirib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Filippin Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada Filippinin şimal-qərb sularında balıqçılıq bölgəsində lövbər salan “F/B Dearyn” adlı balıqçı gəmisinin ticarət gəmisi tərəfindən vurulduğu bildirilib.
Açıqlamada toqquşma nəticəsində çevrilən qayıqda 6 nəfərin olduğu və 3 balıqçının həyatını itirdiyi bildirilib.
Filippin prezidenti kiçik Ferdinand Markos açıqlamasında qəza ilə bağlı istintaqın davam etdiyini qeyd edib və həyatını itirənlərin ailələrinə başsağlığı verib.