Cənubi Koreya Çin və Rusiya döyüş təyyarələrinin hava məkanına daxil olduğunu açıqlayıbbackend

Cənubi Koreya Çin və Rusiya döyüş təyyarələrinin hava məkanına daxil olduğunu açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya 4 Çin və 4 Rusiya döyüş təyyarəsinin Koreya Hava Hücumundan Müdafiə və Müəyyənləşdirmə Bölgəsinə (KADIZ) daxil olduğunu bildirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada Çin və Rusiya döyüş təyyarələrinin yerli vaxtla 11.52-13.49 arasında KADİZ bölgəsinə daxil olduğu bildirilib.

Açıqlamada təyyarələrin Cənubi Koreyanın hava məkanını pozmadığı, sözügedən təyyarələrin bir-birinin ardınca bölgəni tərk etdiyi bildirilib.

Açıqlamada təyyarələrin KADİZ-ə girməzdən əvvəl aşkar edildiyi, ola biləcək qəzalara görə Hərbi Hava Qüvvələrinə aid təyyarələrin bölgəyə göndərildiyi qeyd edilib.

Maraqlıdır ki, 4 Rusiya və 4 Çin döyüş təyyarəsinin KADİZ-ə daxil olması Sinqapurda keçirilən Şanqri-La Dialoqu çərçivəsində görüşən ABŞ, Cənubi Koreya və Yaponiya müdafiə nazirlərinin üçtərəfli təhlükəsizliyi gücləndirmək barədə razılığa gəlməsindən sonra baş verib.

Beynəlxalq hüquqda heç bir tərifi olmayan və heç bir beynəlxalq orqan tərəfindən idarə olunmayan Hava Hücumundan Müdafiə və Müəyyənləşdirmə Ərazisi (AKDIZ) ümumiyyətlə ölkələr tərəfindən birtərəfli qaydada elan edilir.

İdentifikasiya zonasına ölkənin müəyyən edilmiş hava məkanını pozmaq niyyətində olmayan mülki təyyarələr daxil deyil, lakin əraziyə daxil olan hərbi təyyarələr potensial təhlükə kimi qiymətləndirilir və xəbərdarlıq edilir.