Ceremi Klarksonun YENİ LAYİHƏSİ: Fermerlər üçün “OnlyFarmers” platforması FƏALİYYƏTƏ BAŞLADI – FOTObackend

Ceremi Klarksonun YENİ LAYİHƏSİ: Fermerlər üçün “OnlyFarmers” platforması FƏALİYYƏTƏ BAŞLADI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ceremi Klarkson fermerlər üçün “OnlyFans” analoqu olan platforma yaradıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

“Top Gear” şousunun keçmiş aparıcısı, hazırda isə böyük maraqla izlənilən “Klarksonun Ferması” (Clarkson’s Farm) verilişini təqdim edən Ceremi Klarkson kənd təsərrüfatı həyatından gəlir əldə etməyin qeyri-adi üsulunu tapıb.

O, fermerlər üçün xüsusi “OnlyFarmers” adlı yeni internet platformasını təqdim edib.

Bu platforma vasitəsilə fermerlər öz təsərrüfatlarını nümayiş etdirə, müxtəlif foto və videolar paylaşa, insanları kənddə keçirilən tədbirlərə dəvət edə və aqroturlar sata bilərlər.

Fermerlərin pərəstişkarları platformada öz sevimli təsərrüfat sahiblərinə maddi dəstək göstərə, həmçinin onlardan ekskursiyalar və müxtəlif kənd təsərrüfatı ustad dərsləri satın ala biləcəklər.

Ceremi Klarksonun özünün də “OnlyFarmers” platformasında fəal müəlliflərdən biri olacağı bildirilir.

Yeni layihənin kənd təsərrüfatına və aqroturizm sahəsinə olan marağı əhəmiyyətli dərəcədə artıracağı gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az