Çexiyada iki qatarın toqquşması nəticəsində 40-dan çox insan xəsarət alıb.
İnterpress.az xəbər verir ki, hadisə Praqadan təxminən 150 km cənubda baş verib.
İlkin məlumatlara görə, qatarlardan biri qırmızı işıqda keçib.
Hadisə yerində təcili yardım xidmətləri işləyir.






