Çilinin cənubundakı Villarrica vulkanının aktivliyinin artmasından sonra əhaliyə ciddi xəbərdarlıq edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Çili Milli Geologiya və Mədən Xidməti (Sernageomin) paytaxt Santyaqonun cənubundakı vulkanın aktivliyinin artmasının ardından xəbərdarlıq səviyyəsinin “sarı”dan “narıncı”ya yüksəldildiyini açıqlayıb.
Ərazidə yaşayan sakinlərdən xəbərdarlıqlara əməl etmələri xahiş olunub.