Çin kosmosa çoxməqsədli Yer müşahidə peyki “Tienhui-5” göndərib. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. Çinin Sinxua agentliyinin xəbərinə görə, peyk ölkənin şimalındakı Şaansi əyalətindəki Tayyuen Peyk Mərkəzindən Long Mart 6 raketi ilə orbitə buraxılıb.
Kosmosa buraxıldıqdan sonra peyk planlaşdırılan orbital mövqeyinə yerləşib. O, coğrafi xəritəçəkmə, torpaq ehtiyatlarının izlənməsi, elmi təcrübələr və digər vəzifələr üçün istifadə olunacaq.
Buraxılış Long March raketləri ilə yerinə yetirilən 494-cü nəqliyyat missiyası idi.
Adı Çincə “səmaları çəkmək” mənasını verən Tienhui peyklərindən 10-u hazırda orbitdədir.