Çində aramsız yağıntılar nəticəsində ölənlər varbackend

Çində aramsız yağıntılar nəticəsində ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin cənub-qərbindəki Sıçuan əyalətində aramsız leysan yağışları nəticəsində azı 6 nəfər həlak olub.

İnterpress.az-ın məlumatına görə, daha 5 nəfər itkin düşmüş hesab edilir.

Yağıntılar əyalətin bir neçə şəhərində ciddi fəsadlara yol açıb. Çoxlu sayda yaşayış evinə ziyan dəyib.

Dünən başlayan yağış bu gün səhər saatlarınadək davam edib.

 

İnterpress.az