Çində tələbin azalması ehtimalı nefti 3% ucuzlaşdırıbbackend

Çində tələbin azalması ehtimalı nefti 3% ucuzlaşdırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində yeni növ koronavirusun yayılması səbəbindən tələbin azalması ehtimalının yüksəldiyi bir zamanda dünya bazarlarında neftin qiyməti 3%-dən çox düşüb. WTI markalı neftin bir bareli artıq 100 ABŞ dollarından ucuz ticarət olunur.

İnterpress.az birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyul fyuçersləri 3,02% ucuzlaşaraq, 1 bareli 102,94 ABŞ dollarına satılıb. WTI neftinin iyun fyuçerslərinin qiyməti isə 3,06% düşərək, 1 bareli 98,95 ABŞ dolları təşkil edib.

Artıq Pekin rəhbərliyi COVID-19-a mümkün yeni yoluxma halları barədə xəbərdarlıq edib. Bunun əlaqədar baş verə biləcək sosial-iqtisadi qadağalar dünyanın ən böyük neft idxalçısı olan Çində xammala olan tələbin kəskin azalmasına səbəb ola bilər.