Çində tələblə bağlı narahatlıq nefti ucuzlaşdırıbbackend

Çində tələblə bağlı narahatlıq nefti ucuzlaşdırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya bazarlarında neftin qiyməti 1%-dən çox düşüb. Çində tələblə bağlı vəziyyət investorları narahat etməkdə davam edir.

İnterpress.az birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyul fyuçersləri 1,4% ucuzlaşaraq, 1 bareli 103,48 ABŞ dollarına satılıb. WTI neftinin iyun fyuçerslərinin qiyməti isə 1,3% düşərək, 1 bareli 100,69 ABŞ dolları təşkil edib.

Neftin qiyməti Çindəki vəziyyətdən asılı olaraq qalır. Belə ki, dünyanın ən böyük “qara qızıl” istehlakçısı olan Çində COVID-19 əleyhinə məhdudiyyətlərin qalması treyderlərin tələblə bağlı narahatlığını saxlayır.