Çinli strimer həddindən artıq yeməkdən ÖLDÜ – VİDEObackend

Çinli strimer həddindən artıq yeməkdən ÖLDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinli strimer ekstrem qidalanmanın fəsadlarından ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

“İnin” adı ilə tanınan çinli fudştremer Çen Tszıyi qanda kalium səviyyəsinin kritik dərəcədə aşağı düşməsi səbəbilə xəstəxanaya yerləşdirilib və daha sonra vəfat edib.

Çin mediasının məlumatına görə, vəziyyət onun yayımlardan sonra özünü qusdurması ilə əlaqəli olub.

Mənbə bildirib ki, uzunmüddətli hipokalemiya nəticəsində strimerin ürəyi dayanıb. Nekroloqda ölüm səbəbi açıqlanmayıb.

İnin yayımlar zamanı çoxlu yağlı və həddindən artıq duzlu qidalar yeyib, az yatıb və çəkilişlərin sıx qrafikindən şikayətlənib.

O, izlənmə sayını artırmaq üçün daha çox yeməyə məcbur olduğunu etiraf edib və bir yayım zamanı 60-70 ədəd konservləşdirilmiş yumurta yediyini bildirib.

Xuraman Etibarlı

İnterpress.az