Coca-Cola-da təhlükəli metal hissəcikləri TAPLLDI – FOTObackend

Coca-Cola-da təhlükəli metal hissəcikləri TAPLLDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Coca-Cola-da təhlükəli metal hissəcikləri tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Coca Cola şirkəti özü məlumat verib. Transmilli şirkət “istehsalda texniki xəta” olduğunu bildirib.

Coca Cola şirkəti Avstriya bazarından 26 milyon şüşəni geri götürmək qərarına gəlib.

Avstriyadan gələn Coca-Cola-da təhlükəli metal hissəcikləri tapılıb. Bu butulkaların müxtəlif ölkələrə düşmə riski var.

Coca Cola şirkəti bu gün bunu elan edərək, “istehsaldakı texniki səhvə görə çox məhdud sayda 0,5 litrlik şüşələrdə kiçik metal parçaların olmasını istisna etmək olmaz” deyə izah edib.

4 fevral – 12 aprel 2025-ci il tarixləri arasında son istifadə tarixi olan Fanta, Sprite və MezzoMix də risk altındadır.

Xuraman Etibarlı

İnterpress.az