Dağıstan və Çeçenistanda axtarışda olan 4 silahlı 25 ildən sonra SAXLANILDIbackend

Dağıstan və Çeçenistanda axtarışda olan 4 silahlı 25 ildən sonra SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstan və Çeçenistanda sxtsrışds olan 4 silahlı 25 ildən sonra saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Dağıstan və Çeçenistanda hərbçilərə qarşı hücumlarda iştirak edən 4 silahlı 25 ildən sonra saxlanılıb.

Saxlanılanlar 2000-ci illərin əvvəllərində Şamil Basayev və Xəttabın başçılıq etdiyi dəstələrin tərkibində olublar.

Onlar bir sıra hücumlarda şübhəli bilinirlər – Dağıstanın Botlix və Tsumadinski rayonlarının işğalından tutmuş, Pskov diviziyasının demək olar ki, bütün 6-cı rotasının həlak olduğu Ulus-Kert kəndi yaxınlığındakı döyüşə qədər.

Xuraman Etibarlı

İnterpress.az