Dağıstanda niqab qadağan olundubackend

Dağıstanda niqab qadağan olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstanda niqab qadağan olunub.

İnterpress.az xəbər verir ki, bu barədə Dağıstan müftisinin müavini Abdulla Səlimov bildirib.

Onun sözlərinə görə, respublika ərazisində niqab müvəqqəti qadağan olunub.

Müftiyyat bu qərarın Respublikanın dinlər üzrə milli siyasət nazirliyinin müraciəti əsasında verildiyini açıqlayıb.

Səlimov niqabın müvəqqəti qadağan olunmasının səbəbini Dağıstan əhalisinin təhlükəsizliyinə təhdidlərin mövcud olması ilə əlaqələndirib.