Dağıstanlı terrorçuların atası, Serqokalinski rayonunun keçmiş rəhbəri AZADLIĞA ÇIXDIbackend

Dağıstanlı terrorçuların atası, Serqokalinski rayonunun keçmiş rəhbəri AZADLIĞA ÇIXDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstanlı terrorçuların atası, Dağıstanın Serqokalinski rayonunun keçmiş rəhbəri azad edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Dağıstanın İctimai Monitorinq Komissiyasının sədri Şamil Xadulayev məlumat verib.

“Dünən gecə saatlarında Serqokalinski rayonunun keçmiş rəhbəri, terrorçu Osman Ömərovun atası Maqomed Ömərov məhkəmənin çıxardığı on sutkalıq həbsdən sonra azadlığa buraxılıb”, – o bildirib

Xatırladaq ki, respublikada törədilən terror aktlarından sonra vəzifəsindən uzaqlaşdırılan Maqomed Ömərov əvvəllər xuliqanlıq etdiyinə görə 10 sutka həbs edilib və onun oğulları terror aktlarında birbaşa iştirak ediblər.

Xuraman Etibarlı

İnterpress.az