Daha iki küçədə sürət həddi endirilibbackend

Daha iki küçədə sürət həddi endirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarə olunması məqsədilə tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində daha iki küçədə sürət həddi endirilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, avqustun 11-dən paytaxtın Məhəmməd Hadi və Təbriz küçələrində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib. Hər iki yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.

Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələri xahiş olunur.