Qadın yeni doğulan körpəsi ilə diri-diri yandırılıb.
İnterpress.az xəbər verir ki, 2025-ci il aprelin 1-də Ər-Ram kəndində gənc israilli qadının yanmış cəsədi ilə yeni doğulmuş körpəsinin cəsədi ilə birgə tapılıb. Fələstin Administrasiyası körpənin hələ də ananın bədəninə göbək bağı ilə bağlı olması ilə barədə məlumat alıb.
Müstəntiqlərin fikrincə, doğuş zamanı əri tərəfindən öldürülən qadının Qüdsün ərəb məhəllələrindən birində yaşayan İslam Tavildir. Onun qətlində Ər-Ram kəndinin 35 yaşlı sakini şübhəli bilinir.
Açıqlanan məlumata görə, bu, vəhşicəsinə ikiqat qətldir – qadın və hələ də göbək bağına bağlı olan yeni doğulmuş uşaq diri-diri yandırılıb.
Bu qətldə şübhəli bilinən şəxsin Qüdsdəki xəstəxanalardan birində mühafizəçi işlədiyi məlum olub. Qətldən sonra o, mərhumun maşınını satıb.
Ağır cinayət barədə məlumat aldıqdan sonra Yəhudeya və Samariya Mərkəzi Polis Bölməsi araşdırmalara başlayıb.
Bir neçə həftə ərzində texnoloji vasitələrdən və gizli istintaq tədbirlərindən ibarət kompleks araşdırma aparılıb. Bu cinayətdə iştirakda şübhəli bilinən onlarla şəxs saxlanılıb.
İstintaq zamanı polis əməkdaşları əsas şübhəlini – körpənin atasını saxlayıb.
İstintaq müəyyən edib ki, fələstinli qadını doğuş zamanı öldürüb, cəsədini yandırıb, daha sonra isə qurbanın avtomobilini satıb, tam qiymətini almaqda israr edib.
Xuraman Etibarlı
İnterpress.az