Moskva Dövlət Universitetinin keçmiş professoru intihar edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məliumat yayıb.
Bildirilir ki, Moskva Dövlət Universitetinin keçmiş professoru telefon fırıldaqçılarının qurbanına çevrilərək 52 milyon rubl (təxm. 1 milyon 124 min man) itirib və intihar edib.
Dələduzlar özlərini polis işçisi kimi təqdim edərək, onu bütün pulları guya “təhlükəsiz” hesaba köçürməyə razı salıblar.
Əvvəlcə bank hesablarından 34 milyon köçürüb, sonra mülkünü satıb və daha 18 milyonunu verib.
Daha sonra onun meyiti dostu tərəfindən aşkar edilib. Yanında dələduzluq faktı üzrə cinayət işinin başlanması barədə qərarın surəti olub.
Xuraman Etibarlı
İnterpress.az