Deputat: “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılmalıdır”backend

Deputat: “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünyada iqtisadi böhran var və bu böhran Azərbaycana da təsir göstərir”.

İnterpress.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, süni qiymət artımı çox ciddi problemə çevrilib:

“Bunun ölkəmizdə qarşısının alınması istiqamətində hökumət işlər görməlidir”.

Deputat xatırladıb ki, Rusiyada Azərbaycanın bir çox saytlarına girişə qadağa qoyulub:

“Azərbaycanda da “Sputnik-Azərbaycan” informasiya agentliyi fəaliyyət göstərir. Hesab edirəm ki, bu agentlik Azərbaycanda fəaliyyətini dayandırmalıdır. Mən bununla bağlı MEDİA və Mətbuat Şurasına müraciət edirəm ki, həmin agentliyin fəaliyyəti araşdırılsın”.