Deputat yazdı: Təhsilimizin Gəncə faciəsibackend

Deputat yazdı: Təhsilimizin Gəncə faciəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Milli Məclisin deputatı Etibar Əliyev Gəncə şəhərində təhsilin durumu ilə bağlı paylaşım edib.
İnterpress.az deputatın “Təhsilimizin Gəncə faciəsi” adlı statusunu təqdim edir:
Dövlət İmtahan Mərkəzinin 2021/2022-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilinə baxıram:
Gəncə şəhəri: 2021-ci ildə şəhərin ümumtəhsil müəssisələrini 2593 şagird bitirib.
Qəbul imtahanlarının nəticələrinə əsasən şəhərin 1120 məzunu (52,36%)-i tələbə adını qazanıb. 0-200 bal toplayan abituriyentlər 43,32 %-dir.
Attestat qiyməti falsifikasiyasına diqqət edin: Şəhərin attestat qiymətləri əla olan abituriyentlərindən 15,56%-i 200 baldan aşağı nəticə göstərib. Şəhərin abituriyentlərinin I-IV qruplarda riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə göstəriciləri respublikanın orta göstəricisindən aşağıdır. Fərq riyaziyyatdan-14,01%, fizikadan-9,31%, kimyadan-5,30%, biologiyadan-7,15%, coğrafiyadan-13,72%, tarixdən-1,60% təşkil edir.
Abituriyentlərin I-IV qruplar üzrə qəbul imtahanlarında topladıqları orta bal 267,996- ya bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 2,7% aşağıdır. Aqronom üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir.
Bizə isə seyretmək qalır.