Deputatdan Sabirabadlılara xoş xəbər varbackend

Deputatdan Sabirabadlılara xoş xəbər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əziz Sabirabadlılar,

Sizlərə daha bir xoş xəbərim var.

Avtomagistraldan Bulaqlı kəndinin mərkəzinə qədər olan 400 metr uzunluğu və 5 metr eni olan yola da asfalt örtüyü çəkildi.

Kənd sakinləri və uşaqlarla özüm görüşdüm. Bütün uşaqlar təzə kənd yolunda velosiped sürürdülər. Hamısı çox sevincli idi, əsl bayram idi. Oğlan uşaqların əksəriyyəti böyüyəndə polis, qızlar isə həkim olmaq istədiklərini dedilər. Uşaqlardan çox yüksək və müsbət emosiyalarla ayrıldım.

Sonda kənd sakinlərinin yeganə xahişi Bulaqlı kənd məktəbinin qazla təmin edilməsi məsələsi oldu. Mənim dairəmdə bir neçə məktəb odunla qızır, söz verdim ki, bayramdan sonra bu məsələ ilə bağlı Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar müəllimlə görüşüb, həll etməyə çalışacam.

Burdan bir daha Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədri Saleh Məmmədovə və Sabirabad yol idarəsinin rəisi Əliqulu müəllimə təəşəkkür edirəm. Bildirmək istəyirəm ki, dairəmdə olan bütün yol problemlərindən tam məlumatlıyam. Çalışacam ki, 5 il ərzində təmirə ehtiyacı olan bütün yollar təmir edilsin.
Kamal Cəfərov

Milli Məclisin deputatı