Deputatın təşəbbüsü ilə 100 ailəyə qurban payı çatdırıldı – FOTObackend

Deputatın təşəbbüsü ilə 100 ailəyə qurban payı çatdırıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin 113 saylı Şəki şəhər seçki dairəsi üzrə deputatı Vüqar İskəndərovun təşəbbüsü və dəstəyi ilə Yeni Azərbaycan Partiyasının Şəki şəhər təşkilatının Gənclər Birliyinin üzvləri aztəminatlı ailələrə qurban payı çatdırıblar.

İnterpress.az-ın xəbərinə görə, yardım şəhid ailələri, Qarabağ qaziləri daxil olmaqla 100 ailəni əhatə edib.
Gənclər Birliyinin üzvləri həmin ailələrə baş çəkərək, təbrik ediblər, bayram payını çatdırıblar.
Bildirilib ki, bu cür aksiyalar mütəmadi olaraq keçirilir.