Deputatların maaşları artırılacaqbackend

Deputatların maaşları artırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci ilin yanvarın 1-dən etibarən, növbəti çağırış Gürcüstan parlamentinin deputatlarının və vəzifəli şəxslərin maaşlarının artırılması planlaşdırılır.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Bununla da parlamentin büdcə xərcləri hər il 5 milyon 700 min lari artacaq. Parlamentin sədri Şalva Papuaşvilinin qanunverici orqana təqdim edəcəyi reqlamentdə nəzərdə tutulan dəyişikliyə əsasən, maaşlar aşağıdakı kimi müəyyənləşəcək:

●Parlamentin sədri – 10 000 lari – (3260 lari artırılır);

●Parlament sədrinin birinci müavini – 9500 lari (3100 lari artırılır);

●Parlament sədrinin müavini – 9 250 lari (2 910 lari artırılır);

●Komitə sədri, fraksiya sədri – 9 000 lari (3 460 lari artırılır);

●Komitə sədrinin birinci müavini, fraksiya sədrinin birinci müavini – 8 750 lari (3 950 lari artırılır);

●Komitə sədrinin müavini, fraksiya sədrinin müavini 8500 lari (3 760 lari artırılır);

●Parlamentin üzvü deputat (parlamentdə əlavə vəzifə tutmayan) – 8250 lari – (3 626 lari artırılır).

Reqlament layihəsinə əsasən, deputatın vəfat etməsi və ya əlil kimi tanınması halında birdəfəlik yardımın məbləği 5 min lari artırılır.