Dəyişdirilən killer Putinin şəxsi mühafizəçisi OLA BİLƏR – VİDEObackend

Dəyişdirilən killer Putinin şəxsi mühafizəçisi OLA BİLƏR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dəyişdirilən killer Krasikov Putinin şəxsi mühafizəçisi və dostu ola bilər.

interpress.az xəbər verir ki, bu barədə Qərb mediası yazır. Killeri Putin şəxsən özü qarşılayıb.

FTX-yə bağlı Vadim Krasikov Rusiyanın məhbus mübadiləsində mərkəzi fiqur idi. Moskva uzun müddət sövdələşməyə killer daxil olana qədər razılaşmayıb. Putin bir Krasikov müqabilində 12 nəfərdən imtina edib.

BILD-in məlumatına görə, qatil Putinlə sıx əlaqədə olub və Kremlin açıqlamaq istəmədiyi məlumata malik ola bilər. Hakimiyyət Krasikovun həbsxanadan çıxarılmadığına görə qisas almaq üçün bunu edəcəyindən ehtiyat edirdi.

Nəşr yazır ki, qatil Sankt-Peterburqun keçmiş qubernatoru Anatoli Sobçakı aradan götürüb.

WSJ iddia edir ki, Krasikov Putini Sankt-Peterburqda işlədiyi vaxtlardan tanıyıb. Kəşfiyyat məlumatlarına görə, onlar dost olublar və Krasikov Putinin mühafizəçisi də ola bilər.

Onu da xatırlamağa dəyər ki, prezident xaç atası Medvedçukun qarşılığında Ukraynaya “əsas nasistlər” hesab etdiyi Azov komandirlərini verib.

Xuraman Etibarlı

İnterpress.az