Dilənçi qadının üzərindən SƏRVƏT ÇIXDI – 67 qızıl sikkə – FOTObackend

Dilənçi qadının üzərindən SƏRVƏT ÇIXDI – 67 qızıl sikkə – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Esenyurtda dilənçilik edən qadının üzərindən 67 qızıl sikkə tapılıb

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda dilənçilik edən yaşlı qadının üzərindən 67 ədəd qızıl sikkə aşkarlanıb.

Polis əməkdaşları qadının uzun müddət küçələrdə dilənçiliklə məşğul olduğunu müəyyənləşdiriblər. Axtarış zamanı onun üzərində gizlədilmiş qızıllar tapılıb.

Qadına dilənçiliklə məşğul olduğu üçün 1406 türk lirəsi (təxm. 57 man) məbləğində inzibati cərimə tətbiq edilib. Hadisə yerli mediada geniş rezonans doğurub.

Xuraman Etibarlı

İnterpress.az