Venesuelanın çox yaxın gələcəkdə ABŞ-nin silahlı işğalı ilə üz-üzə qaldığı barədə məlumatlar var.
İnterpress.az xəbər verir ki, mətbuatda yayılan məlumatlara görə, Venesuela yaxın vaxtlarda ABŞ tərəfindən silahlı müdaxilə ehtimalı ilə bağlı xəbərdarlıq vəziyyətinə keçib.
Rəsmi təsdiq olmasa da, ölkə hakimiyyəti ordu qüvvələrinin hazırlıq səviyyəsini artırıb və sərhəd istiqamətlərində təhlükəsizlik tədbirləri gücləndirilib.
Xuraman Etibarlı
İnterpress.az