ABŞ-də partlayıcı maddələr istehsal edən hərbi zavodda güclü partlayış olub.
İnterpress.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Məlumata görə, Baksnort şəhəri yaxınlığındakı Accurate Energetic Systems zavodunda güclü partlayış baş verib.
Partlayış nəticəsində təkcə zavoda yox, yaxınlıqdakı evlərə də ziyan dəyib.
İlkin məlumatlara görə, 19 nəfər itkin düşmüş hesab olunur.
Xilasetmə əməliyyatları hələlik başlaya bilmir, çünki zavod ərazisində ardıcıl partlayışlar davam edir.
Xuraman Etibarlı
İnterpress.az