Livanda “İsrail casus şəbəkəsi” ZƏRƏRSİZLƏŞDİRİLDİbackend

Livanda “İsrail casus şəbəkəsi” ZƏRƏRSİZLƏŞDİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livanda “İsrail casus şəbəkəsi” zərərsizləşdirilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Shafaq News” məlumat yayıb.

Livanın təhlükəsizlik orqanları ölkə ərazisində fəaliyyət göstərən və terror aktları planlaşdıran növbəti “İsrail casus şəbəkəsini” ifşa ediblər.

Rəsmi məlumata görə, əməliyyat zamanı bir neçə nəqliyyat vasitəsi və müxtəlif avadanlıqlar müsadirə olunub.

Hadisə ilə bağlı bir neçə nəfər – fələstinli, livanlı və braziliyalı şəxslər saxlanılıb.

Təhlükəsizlik xidmətlərinin bəyanatında bildirilib ki, əməliyyatla bağlı əlavə təfərrüatlar və istintaqın gedişinə dair məlumatlar “müvafiq orqanların nəzarəti altında aparılan araşdırma başa çatdıqdan sonra” ictimaiyyətə təqdim olunacaq.

Xuraman Etibarlı

İnterpress.az