Ərdoğan Netanyahuya görə təyyarəsini geri çevirmək İSTƏDİbackend

Ərdoğan Netanyahuya görə təyyarəsini geri çevirmək İSTƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ərdoğan Netanyahuya görə təyyarəsini geri çevirmək istəyib.

İnterpress.az xəbər verir ki, bu barədə Ülke TV-nin baş redaktoru Həsən Öztürk məlumat verib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdə keçirilən Qəzza üzrə “Sülh Sammiti”nə gedərkən, İsrailin Baş naziri Benyamin Netanyahunun tədbirdə iştirak edə biləcəyi xəbəri gələndə səfəri yarımçıq dayandırmağa hazır olub.

Həsən Öztürkün sözlərinə görə, təyyarə artıq Şarm əl-Şeyxə enməyə hazırlaşırdı, lakin məlumatdan sonra yenidən yüksəklik qazanıb.

Sonradan Misir tərəfi Netanyahunun sammitə qatılmayacağını bildirəndən sonra, Ərdoğanın təyyarəsi planlaşdırıldığı kimi Şarm əl-Şeyxə enib.

Mənbələrə görə, ABŞ prezidenti Donald Tramp İsrail baş nazirini sammitə dəvət etməyə çalışsa da, bir neçə ölkənin etirazı buna mane olub.

Xuraman Etibarlı

İnterpress.az