Ukrayna 2026 Olimpiadası dövründə Rusiya ilə atəşkəsə hazırdır.
İnterpress.az xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər Nazirliyi bəyan edib.
Nazirlik bildirib ki, ölkə Milan və Kortina-d’Ampezzoda keçiriləcək Qış Olimpiya Oyunları (6–22 fevral 2026) müddətində Rusiya ilə müvəqqəti atəşkəsə razıdır.
Rəsmi Kiyevin sözlərinə görə, bu addım “insani məqsədlərlə və beynəlxalq idman dəyərlərinə hörmət əlaməti olaraq” təklif olunur.
Xuraman Etibarlı
İnterpress.az