Yekaterinburqda məscid bağlanıb, etiraz aksiyası keçirilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Yekaterinburqda məhkəmə icraçıları Bajov küçəsində yerləşən məscidin binasını möhürləyiblər.
Hadisədən sonra dindarlar qərara etiraz olaraq məscidin yaxınlığında aksiya keçiriblər.
Yerli sakinlər səs-küyün artması ilə bağlı şikayətlər ediblər.
Etiraz zamanı insident və ya saxlanılanlar barədə məlumat yoxdur.
Xuraman Etibarlı
İnterpress.az