Rusiya hökuməti ehtiyatda olan hərbçilərin xaricdəki əməliyyatlara cəlbini nəzərdə tutan qanun layihəsini dəstəkləyib.
İnterpress.az xəbər verir ki, Rusiya hökuməti ehtiyatda olan vətəndaşların ölkə xaricində həyata keçirilən əməliyyatlarda iştirakına imkan verən qanun layihəsini təsdiqləyib.
Qanun səfərbərlik ehtiyatında olan vətəndaşların terrorla mübarizə əməliyyatları zamanı və ya Rusiya Silahlı Qüvvələrinin xaricdə yerləşdirildiyi zaman tapşırıqların yerinə yetirilməsi üçün istifadəsinə icazə verir.
Bu məqsədlə ehtiyatçılar xüsusi hərbi toplanışlara çağırılacaq.
Dəyişikliklər “Müdafiə haqqında” federal qanuna əlavə olunacaq.
Xuraman Etibarlı
İnterpress.az