Çində qısqanclıq zəminində baş verən hadisə faciə ilə nəticələnib.
İnterpress.az xəbər verir ki, Çinli qadın qısqanclıq zəminində ərinin iş yerinə gələrək orada bir gənc qadının başını kəsib.
Qadın bıçaqla ona bir neçə dəfə bıçaq zərbəsi vurduqdan sonra onun qarnını yarıb, bağırsağını çıxarıb, sonra isə başını meyitdən ayırıb.
Sonradan məlum olub ki, qatil ərinin məşuqəsini ziyarətə gələn qardaşı qızı ilə səhv salıb.
İstintaqın gedişində məlum olub ki, hücuma məruz qalan şəxs əslində kişinin qohumu – onun qardaşı qızıdır.
Hadisə ölkədə geniş rezonans doğurub. Qadın saxlanılıb və barəsində istintaq aparılır.
Rəsmilər baş verənləri ailə-məişət zəminində yaranmış ağır cinayət kimi qiymətləndiriblər.
Xuraman Etibarlı
İnterpress.az